İslandiyanın Baş naziri hakim koalisiyanın dağıldığını və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirir

12:32, 14.10.2024

 
İslandiyanın Baş naziri Biarni Benediktson hakim koalisiyanın dağıldığını və noyabrın 30-da ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirir. Məlumatı İslandiyanın İctimai Yayımçısı yayır.

Mətbuat konfransında Benediktson sığınacaq axtaranlar və enerji səmərəliliyi ilə bağlı məsələlərdə üç hakim partiya arasında artan fikir ayrılıqlarını buna səbəb göstərib.

Baş nazir, parlamentin buraxılması qərarı ilə bağlı bazar ertəsi İslandiyanın Prezidenti Hala Tomasdotirlə görüşəcəyini bildirib.

Medianın məlumatına əsasən, seçkilər parlamentin buraxılması elan edildikdən sonra ən geci 45 gün ərzində keçirilməlidir.

Sağçı “Müstəqillik Partiyası”nın lideri Benediktson aprel ayında Katrin İakobdotirin istefasını və prezidentliyə namizədliyini elan etdikdən sonra İslandiyanın baş naziri vəzifəsində onun əvəzedicisi olaraq seçildi.

“Müstəqillik Partiyası”, “Mərkəzçi Tərəqqi Partiyası” və solçu “Yaşıllar”dan ibarət koalisiya hökuməti son vaxtlar problemlər yaşayır.

Buna səbəb vulkanın püskürməsi və nəticədə minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qalması olub. Bu hadisə onsuz da yüksək inflyasiya və artan faiz dərəcələri problemi ilə üzləşən iqtisadiyyata təzyiqi artırdı.

Oxşar