İslandiyadakı vulkan dekabrdan bəri dördüncü dəfə püskürüb
İslandiyadakı vulkan dekabrdan bəri dördüncü dəfə püskürüb. İslandiya polisi ərazidə fövqəladə vəziyyət elan edib. Vulkan paytaxtın cənubunda, Reykyanes yarımadasında yerləşir.
Hakimiyyət bir neçə həftə əvvəl əhaliyə gözlənilən püskürmə ilə bağlı xəbərdarlıq etmişdi. Vulkandan püskürən lava, əhalinin təxliyə edildiyi Qrindavik balıqçı kəndi istiqamətinə axır.
Vulkanın əvvəlki aktivləşməsi zamanı yerli sakinlər qəsəbədən təxliyə edilmişdilər. Yanvar ayında lava Grindavikdə bir neçə evi tamamilə məhv etdi. Kənddə dörd minə yaxın insan yaşayır.
Həmçinin, vulkanın yaxınlığında yerləşən İslandiyadakı məşhur “Mavi Laqon” termal spası yenidən bağlanıb.
İslandiyada 30-dan çox aktiv vulkan yerləşir.