İslandiyada, Reikianes yarımadasında vulkan püskürdü
İslandiyanın cənub-qərb hissəsində Reikianes yarımadasında vulkan püskürdü. Bu, Reykyavikin cənubunda yerləşən vulkanın 2021-ci ildən bəri sayca 11-ci püskürməsidir.
Vulkanın aktivləşməsinə görə “Blue Lagoon” termal kurortundan turistlər təxliyə edildi, eləcə də Qrindavik balıqçı şəhərindən yerli sakinlər təxliyə edilib.
Lava Qrindaik yaxınlığında yerləşən qoruyucu maneələrə çatıb.
Vulkanın püskürməsi nəticəsində, bu mərhələdə hava nəqliyyatı dayandırılmayıb, çünki vulkandan böyük miqdarda kül püskürməyib.