İslamabadda doğum evində baş verən yanğın nəticəsində 14 yeni doğulmuş körpə həlak olub

14:09, 26.08.2026

İslamabadın doğum evində baş verən yanğın nəticəsində 14 yeni doğulmuş körpə həlak olub. Hadisə Pakistanın paytaxtındakı ən böyük xəstəxanalardan birinin üçüncü mərtəbəsində, doğum şöbəsində baş verib.
İlkin məlumata görə, yanğına kondisioner sistemində baş verən partlayış səbəb olub.
Yanğın zamanı xilasedicilər 19 nəfəri, o cümlədən 10 qadını, 2 uşağı və 5 kişini xilas edə biliblər.
Hadisə baş verən zaman yanğının başladığı palatada ümumilikdə 15 yeni doğulmuş körpə olub. Onlardan yalnız birini xilas etmək mümkün olub.
Faciəyə Pakistanın Baş naziri Şahbaz Şərif də münasibət bildirib. O, həlak olanların ailələrinə başsağlığı verib və hadisə ilə bağlı təcili araşdırma aparılmasını tələb edib.

Oxşar