“İslam İnqilabı Keşikçiləri Korpusu”nda Amerikanın qabaqcıl MQ-1 dronunu Hörmüz boğazında məhv etdiklərini bəyan edirlər

12:31, 15.09.2026

 

İran mediası Amerikanın pilotsuz uçuş aparatının vurulması barədə məlumat yayır.

“İslam İnqilabı Keşikçiləri Korpusu” Amerikanın qabaqcıl MQ-1 dronunu Hörmüz boğazının qərb hissəsində məhv etdiklərini bəyan edir.

İran mediasının məlumatına əsasən, dronun zərərsizləşdirilməsi ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında olan yeni və müasir hava-kosmik müdafiə sistemi vasitəsilə baş tutub.

Amerikanın pilotsuz uçuş aparatının missiyası ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Oxşar