“İslam İnqilabı Keşikçiləri Korpusu” – Yeni müharibə başlayacağı təqdirdə İran daha dağıdıcı silahlardan istifadə edəcək
Yeni müharibə başlayacağı təqdirdə İran daha dağıdıcı silahlardan istifadə edəcək. Bu barədə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun mətbuat katibi, briqada generalı Möhsün Möhebi bildirib.
İranlı yüksək rütbəli hərbçinin sözlərinə görə, İranın raketlərində istifadə olunan döyüş başlıqları əvvəlki müharibələrdə istifadə edilənlərdən daha dağıdıcıdır və növbəti müharibə başlayacağı təqdirdə İranın silahları bütün aspektlərdə “tamamilə fərqli” olacaq.
Bundan əvvəl “İslam İnqilabı Keşikçiləri Korpusu”nun mətbuat katibi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun korpus nümayəndələri ilə qeyri-rəsmi danışıqlar apardığı barədə açıqlamasını təkzib edib.
“Trampın zehni fantaziyaları ona döyüş meydanında kömək etməyəcək”, – deyə Möhebi bildirib və vurğulayıb ki, ABŞ Prezidenti üçün yeganə real variant məğlubiyyətini etiraf etmək və İranın irəli sürdüyü şərtləri yerinə yetirməkdir.