“İslam İnqilabı Keşikçiləri Korpusu” bildirir ki, enerji daşıyıcılarının region üzrə ixracı ya hamı üçün əlçatan olacaq, ya da heç kim üçün mümkün olmayacaq
“İslam İnqilabı Keşikçiləri Korpusu” bildirir ki, enerji daşıyıcılarının region üzrə ixracı ya hamı üçün əlçatan olacaq, ya da hamı üçün əlçatmaz olacaq.
Qurumun açıqlamasına görə, ABŞ və onun müttəfiqlərinin istifadə etdiyi bütün ixrac dəhlizləri bağlanacaq.
“Reuters” yazır ki, ABŞ-ın İran limanlarına qarşı blokadanı yenidən tətbiq etməsindən sonra İran Yəməndəki “Husilər” vasitəsilə Qırmızı dənizə çıxışı təmin edən və Səudiyyə Ərəbistanının neft ixrac etdiyi Bab əl-Məndəb boğazını bağlamaq ehtimalına işarə edə bilər.
“Husilər”in nümayəndəsi Bab əl-Məndəb boğazının bağlanmasına hazır olduqlarını hələ iki gün əvvəl açıqlamışdı. Boğazın bağlanacağı təqdirdə neftin qiymətinin bir barel üçün 200 dollara qədər yüksələ biləcəyi ehtimal olunur.
ABŞ tərəfi bildirir ki, İran ötən həftə yeddi kommersiya gəmisinə atəş açıb və nəticədə insan tələfatı olub. ABŞ-ın İran sahilləri boyunca onlarla hədəfə endirdiyi cavab zərbələri nəticəsində isə İran tərəfinin məlumatına görə, azı 30 dinc sakin və 7 hərbçi həlak olub.