"İslam İnqilabı Keşikçiləri Korpusu" Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına raketlər və dronlarla zərbə endirdiyini bəyan edir
“İslam İnqilabı Keşikçiləri Korpusu” Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına raketlər və dronlarla zərbə endirdiyini bəyan edir.
Bazaya hücum raketlərin və dronların iki dalğası ilə həyata keçirilib.
Bəyanatda bazadakı əsas obyektlərin, o cümlədən dronlar əleyhinə müdafiə sistemlərinin, dronların saxlanıldığı və texniki xidmət sahələrinin, dəstək avadanlıqlarının və yanacaq çənlərinin bombalandığı deyilir.
“İslam İnqilabı Keşikçiləri Korpusu”nun məlumatına əsasən, amerikalı hərbçilərin toplaşma yerlərinə zərbə uğurla endirilib, bu da onlara ciddi ziyan vurub.