“İslam İnqilabı Keşikçiləri Korpusu”: Amerika rəsmilərinin təhdidləri və dəniz nəqliyyatına müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun bəyanatına görə, ABŞ tərəfindən təhdidlər və müdaxilələr davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq.
“Amerikalı rəsmilərin həddindən artıq ritorikası, təhdidləri və regionda dəniz nəqliyyatına müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazı yenidən açılmayacaq. Təhdidlər və müdaxilələr vəziyyəti daha da mürəkkəbləşdirəcək”, – deyə “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun bəyanatında qeyd olunub.
İran bildirir ki, Hörmüz boğazı onun nəzarəti altındadır və ölkə dəfələrlə göstərişlərə əməl etməyən gəmilərə qarşı əməliyyatlar həyata keçirib.