"İslam Dövlətinə" üzv olmaq üçün, İraq məhkəməsi Fransanın vətəndaşlarını ölümlə cəzalandırdı
İraq məhkəməsi Fransa vətəndaşlarını ölümlə cəzalandırdı. Onlar “İslam Dövləti” terror təşkilatına üzv olmaqda ittiham olunurlar.
“BBC”-nin yaydığı məlumata görə, üç kişinin, İraq Məhkəməsinin hökmünü şikayət etmək üçün 30 günlük vaxtı var.
Bu mərhələdə Fransa hakimiyyəti baş verənlərlə bağlı şərh verməyib.