“İslam Dövləti” cihadistlərə Suriyəyi tərk etmələri üçün müraciət edir.
Bu haqda məlumadı Almaniyanın Der Spiegel nəşriyyatı yayır.
Məqalədə deyilir ki, terorist qruplaşmasının liderləri Suriyədə olan döyüşçülərinə ölkələrinə qayıtmaqlarını tövsiyyə edirlər.
İSİS sabiq “əsgərlərinə” tövsiyyə edir ki, polis tərəfindən problemin yaranmaması üçün, yanlarında saxta pasportlarını götürməsinlər.
Söz edilən müraciət, alman hüquq-mühafizəçiləri tərəfindən aşkarlanan veb-səhifədə yayılıb.
Qeyd olunan veb-səhifədəki müraciətdə deyilir ki, İSİS-in sabiq hərbçiləri tanımadıqları insanlarla “İslam Dövləti” haqqında tək kəlimə etməsinlər.
Alman hüquqmühafizəçiləri bəyan edirlər ki, “İslam Dövlətinin” liderləri Suriyədə yaranan vəziyyəti kritik olaraq, dəyərləndirirlər və cihadistlərə orayı vaxtında tərk etməyi tövsiyyə edirlər.