İşğalçı qüvvələrin nümayəndələri Kvemo Nikozi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
İşğalçı qüvvələrin nümayəndələri Kvemo Nikozi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Kvemo Nikozi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Onların məlumatına əsasən, daha bir qanunsuz saxlanılma faktı ilə bağlı məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

“Qanunsuz olaraq saxlanılmış Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb” – Dövlət Təhlükəsizliyi Xidmətindən bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidmətindən qeyd edirlər ki, Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.