İşğal rejiminin məlumatına görə, işğal olunmuş Abxaziyada koronavirusun daha bir halı qeydə alındı
İşğal rejiminin məlumatına görə, işğal olunmuş Abxaziyada koronavirusun daha bir halı qeydə alındı.
Yerli medianın yazdığına görə, virusa yoluxan Moskvadan gələn kursantdır.
İşğal rejiminin məlumatına görə, işğal olunmuş Abxaziyada koronavirusun cəmi 38 halı qeydə alınıb. Buradan bir pasiyent vəfat edib. Doqquz nəfər Qudauta Xəstəxanasındadır. 27 pasiyent sağalmış hesab olunur.