İşğal rejiminin məlumatına görə, işğal olunmuş Abxaziyada koronavirusdan daha bir pasiyent vəfat etdi
İşğal rejiminin məlumatına görə, işğal olunmuş Abxaziyada koronavirusdan daha bir pasiyent vəfat etdi

İşğal olunmuş Abxaziyada koronavirusdan daha bir pasiyent vəfat etdi. İşğal rejiminin məlumatına görə, 74 yaşlı qadını ağır vəziyyətdə Suxumidən Qudauta Rayon Xəstəxanasına apararkən, yolda vəfat etdi. Onda koronavirus təsdiq olundu.

İşğal rejiminin məlumatına görə, İşğal olunmuş Abxaziyada koronavirusdan bu vaxta qədər beş pasiyent vəfat edib.

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 110 insana edildi və virus 14 şəxsdə təsdiq olundu.

İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 426-nı təşkil edir. Buradan 153 pasiyent müalicə olunaraq sağalıb.