İşğal rejimi Erqneti kəndi yaxınlığında qanunsuz olaraq üç Gürcüstan vətəndaşını saxladı
İşğal rejimi Erqneti kəndi yaxınlığında qanunsuz olaraq üç Gürcüstan vətəndaşını saxladı

İşğal rejiminin nümayəndələri işğal olunmuş ərazidə Qori Bələdiyyəsinin Erqneti kəndi yaxınlığında qanunsuz olaraq üç Gürcüstan vətəndaşını saxladılar. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Onların sözlərinə görə, qanunsuz olaraq saxlanılan bir nəfər yaxın gələcəkdə Gürcüstanın mərkəzi hökumətinə təhvil veriləcək və qanunsuz həbsdə qalan şəxslərin azad edilməsi üçün fəal iş aparılır.

“Qanunsuz hsaxlanılma olan andan etibarən “qaynar xətt “işə salındı, Monitorinq Missiyası və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri məlumatlandırıldı. Qanunsuz olaraq saxlanılan bir nəfər yaxın vaxtda Gürcüstanın mərkəzi hökumətinə təhvil veriləcək, qanunsuz həbsdə qalan şəxslərin azad edilməsi üçün fəal iş aparılır.

İnsanların qanunsuz həbsi, təhlükəsizlik xətti və işğal xətti boyunca yerli əhalinin gündəlik həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir. “Rusiya Federasiyası qanunsuz həbslərə görə tam məsuliyyət daşıyır” deyə DTX-də bəyan edirlər.