İşğal olunmuş Sxinvali bölgəsində üzdəniraq prezident seçkilərinin ikinci turu keçirilir

16:55, 08.05.2022

İşğal olunmuş Sxinvali bölgəsində üzdəniraq prezident seçkilərinin ikinci turu keçirilir.

Özünü elan etmiş respublikanın prezidentliyi uğrunda iki namizəd mübarizə aparır – indiki prezident Anatoli Bibilov və “Nixas” partiyasının lideri Alan Qaqloyev.

Üzdəniraq MSK-nın sədrinin bəyan etdiyinə görə, bu vaxt üçün seçicilərin fəallığı 40,4 faizi təşkil edir.

Seçki məntəqələri Şimali Osetiyada, Moskvada və Suxumidə də açılıb.

Oxşar