İşğal olunmuş Sevastopolda baş verən partlayış nəticəsində altı nəfər həlak olub. Onlardan dördü Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır

17:44, 13.08.2026

İşğal olunmuş Sevastopolda baş verən partlayış nəticəsində altı nəfər həlak olub. Onlardan dördü Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.

Yayılan məlumata görə, hüquq-mühafizə orqanları 1994-cü il təvəllüdlü Rusiya vətəndaşı olan qadını saxlayıb. O, Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə partlayış törətməkdə şübhəli bilinir.

Medianın məlumatına görə, ölənlər arasında hərbçi Robert Şageyev də var. O, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya Hərbi Dəniz Qüvvələrinə keçib. Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət edib və Ukraynanın yeganə sualtı qayığı olan “Zaporojye”nin komandiri olub. Şageyevin partlayışda öldüyü barədə məlumatlar hələlik müstəqil şəkildə tam təsdiqlənməyib.

Krımın “qubernatoru” Mixail Razvojayev isə Fövqəladə Hallar Nazirliyinin dörd əməkdaşının və bir mühafizəçinin həlak olduğunu açıqlayıb.

Oxşar