İşğal olunmuş Krımın Sevastopol şəhərində partlayış baş verdi

13:08, 17.02.2023

Rusiya tərəfindən işğal olunmuş Krımın Sevastopol şəhərində partlayış baş verdi.

Sevastopolun işğalçı administrasiyasının rəhbəri, Mixail Razvojayev bəyan etdi ki, Rusiya hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını vurdu.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat katibi, Yuri İqnatdan partlayışla bağlı şərh verməsini istədilər və o, bəyan etdi ki, şərh verməyə səlahiyyətli deyil, lakin işərə etdi ki, bənzər hadisələr davam edəcək.

Ona qədər, ABŞ dövlət katibinin müavini, Viktoriya Nulad  Krımda hərbi obyektləri Ukraynanın “legitim hədəfləri” adlandırdı.

Bununla yanaşı, Vaşinqtonda Rusiya Səfirliyi bəyanat yaydı. Krıma Ukrayna hücumlarının dəstəyi barəsində Viktoriya Nulandın bəyanatı ABŞ-ın münaqişədə iştirakını təsdiq edir.

Oxşar