İşğal olunmuş Krımın şəhərlərində bir neçə güclü partlayış baş verdi
İşğal olunmuş Krımın şəhərlərində, Evpatoriya və Baxçisarayda bir neçə güclü partlayış baş verdi. Məlumatı Ukrayna mediası yayır və bunu Rusiyanın nəzarətində olan, Krımın işğalçı hökuməti təsdiqləyir.
İşğal hökumətinin rəhbəri, Sergey Aksyonovun bəyanatına görə, şəhərlərdə Rusiya hava hücumundan müdafiə sistemi işə düşdü.
Ukrayna mediasının məlumatına görə, Baxçasarayda partlayışlar hərbi aerodromda baş verdi.