İşğal olunmuş Qali rayonunda həlak olan İrakli Kvaratsxeliyanı Senakidə, Qardaşlıq Qəbirsanlığında dəfn etdilər
İşğal olunmuş Qali rayonunun Nabakevi kəndində, martın 10-da naməlum şəraitdə həlak olan 29 yaşlı, İrakli Kvaratsxeliyanı Senakidə, Qardaşlıq Qəbirsanlığında dəfn etdilər.
Ailəyə başsağlığını hakimiyyətin, müxalifətin və QHT-lərin nümayəndələri verdilər.
İrakli Kvaratsxeliyanı Xurça-Nabakevi ayrıcı xəttində Rusiya işğal rejimi nümayəndələri martın 10-da yaxaladılar. Martın 11-də Abxaziya üzdəniraq Təhlüksizlik Xidməti məlumat yaydı ki, İrakli Kvaratsxeliya kamerada intihar etdi.
Onun cəsədini Gürcüstan mərkəzi hakimiyyətinə martın 13-də Enquri körpüsündə təhvil verdilər.
İşğal olunmuş rejimin, İrakli Kvaratsxeliyanın intiharı barəsində yaydığı bəyanatı ilə, ailə üzvləri və yaxınları razılaşmırlar.