İşğal olunmuş Abxaziyada son bir gün ərzində koronavirusun 13 yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 67 insana edildi və virus 13 şəxsdə təsdiq olundu.
Bu vaxt üçün, işğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 308-i təşkil edir. Buradan 117 pasiyent müalicə olunaraq sağalıb və dördü vəfat edib.
Virusa yoluxan 19 pasiyent müalicəsini Qudauta Rayon Xəstəxanasında davam etdirir.