İşğal olunmuş Abxaziyada son bir gün ərzində koronavirusun 12 yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyada son bir gün ərzində koronavirusun 12 yeni halı aşkar edildi

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 72 insana edildi və virus 12 şəxsdə təsdiq olundu.

Bu vaxt üçün, işğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 274-ü təşkil edir. Buradan 115 pasiyent müalicə olunaraq sağalıb və dördü vəfat edib.