İşğal olunmuş Abxaziyada Rusiya Federasiyasının daxili pasport və sürücülük vəsiqələri verən xidmətlərin fəaliyyəti dayandırılır
İşğal olunmuş Abxaziyada Rusiya Federasiyasının daxili pasportları və sürücülük vəsiqələri verən xidmətlərin fəaliyyəti dayandırılacaq.
Rusiya mediasının məlumatına görə, bu xidmətlər Rusiya Federasiyasının ərazisinə köçürüləcək.
Məlumata əsasən, buna səbəb işğal olunmuş Abxaziyada bir sıra yerli siyasi fiqurların, o cümlədən özünü elan etmiş “parlamentin” üzvlərinin sözügedən məntəqələrin qanuniliyini şübhə altına almasıdır.
Qeyd edək ki, Rusiya pasportlarının verilməsi üzrə məntəqələr işğal olunmuş Abxaziyada 2026-cı ilin yanvarında, sürücülük vəsiqələrinin verilməsi üzrə məntəqələr isə 2025-ci ildə fəaliyyətə başlayıb.