İşğal olunmuş Abxaziyada koronavirusun yeddi yeni halı aşkar edildi

13:25, 16.08.2020

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gün ərzində koronavirus üzrə 77 insana testləşdirmə edildi, onlardan yeddisində “COVID-19” virusu təsdiq olundu.

İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 189-u təşkil edir, onlar arasında 69 insan müalicə olunaraq sağalıb.

Qudauta Rayon Xəstəxanasında 21 pasiyent müalicəsini davam etdirir.

Oxşar