İşğal olunmuş Abxaziyada koronavirusun yeddi yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gün ərzində koronavirus üzrə 131 insana testləşdirmə edildi, onlardan yeddisində “COVID-19” virusu təsdiq olundu.
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 155-i təşkil edir, onlar arasında 51 insan müalicə olunaraq sağalıb.
Qudauta Rayon Xəstəxanasında 40 pasiyent müalicəsini davam etdirir. Buradan üçünün vəziyyəti ağırdır. O cümlədən altısı yeniyetmədir.
İşğal olunmuş Abxaziyada koronavirusdan üç insan vəfat edib.