İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 248 insana edildi və virus 41 şəxsdə təsdiq olundu.
Bu vaxt üçün, Qudauta Rayon Xəstəxanasında 148 pasiyent müalicəsini davam etdirir. Buradan 29 pasiyentin vəziyyəti ağırdır.
Bununla yanaşı, Qudauta Rayon Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan, 1943-cü il təvəllüdlü qadın vəfat etdi.
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 5 065-ə qədər artıb. Buradan 3 466 insan müalicə olunaraq sağalıb, 61 pasiyent vəfat edib.