İşğal olunmuş Abxaziyada koronavirusun 172 yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyada koronavirusun 172 yeni halı aşkar edildi

İşğal olunmuş Abxaziyada koronavirusun 172 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi. Ötən bir gün ərzində koronavirus üzrə test 480 insana edildi və virus 172 şəxsdə təsdiq olundu.

Bu vaxt üçün, Qudauta Rayon Xəstəxanasında 141 pasiyent müalicəsini davam etdirir. 27 pasiyentin vəziyyəti ağırdır.

İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 3 739-a qədər artıb. Buradan 1 462 insan müalicə olunaraq sağalıb, 35 pasiyent vəfat edib.