İşğal olunmuş Abxaziyada koronavirusdan daha bir insanın vəfat etməsi barəsində məlum oldu.
İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, 23 avqustda Oçamçire rayonunun Labra kəndində 52 yaşlı kişi vəfat etdi.
Elə onların məlumatına görə, kişi 14 gün ərzində yüksək temperaturla ev şəraitində müalicə olunurdu və Oçamçire rayon xəstəxanasına yalnız 23 avqustda müraciət etdi.
Labra kəndində koronavirusa yoluxmanın beş halı aşkar edildi. Buna görə, kənddə 14 günlük karantin elan edildi.
İşğal olunmuş Abxaziyada koronavirusdan cəmi dörd insan vəfat edib.