İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 62 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 62 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 208 insana edildi və virus 62 şəxsdə təsdiq olundu.

Bu vaxt üçün, işğal olunmuş Abxaziyanın üç kovid-mərkəzində 119 pasiyent müalicəsini davam etdirir. Buradan 23 pasiyentin vəziyyəti ağırdır.

İşğalçı rejiminin məlumatına görə, Qudauta Rayon Xəstəxanasında koronavirusa yoluxan 64 yaşlı pasiyent və mobil hospitalında koronavirusa yoluxan 1940-ci il təvəllüdlü qadın vəfat etdi.

İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 5 374-ə qədər artıb, 3 623 pasiyent müalicə olunaraq sağalıb, 70 pasiyent vəfat edib.