İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 42 yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 42 yeni halı aşkar edildi

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 227 insana edildi və virus 42 şəxsdə təsdiq olundu.

Bu vaxt üçün, Qudauta Rayon Xəstəxanasında virusa yoluxan 36 pasiyent müalicəsini davam etdirir. İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 426-nı təşkil edir. Buradan 153 pasiyent müalicə olunaraq sağalıb və dördü vəfat edib.