İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 169 yeni halı aşkar edildi, bir pasiyent vəfat etdi
İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 615 insana edildi və virus 169 şəxsdə təsdiq olundu.
Bu vaxt üçün, işğal olunmuş Abxaziyanın üç kovid-mərkəzində 221 pasiyent müalicəsini davam etdirir. Buradan 27 pasiyentin vəziyyəti ağırdır.
Qudauta Rayon Xəstəxanasında koronavirusdan 1954-cü il təvəllüdlü kişi vəfat etdi. İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 9 782-ə qədər artıb. Buradan 141 pasiyent vəfat edib, 7 294 pasiyent müalicə olunaraq sağalıb.