İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 15 yeni halı aşkar edildi
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 15 yeni halı aşkar edildi.
İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 94 insana edildi və virus 15 şəxsdə təsdiq olundu.
Bu vaxt üçün, Qudauta Rayon Xəstəxanasında virusa yoluxan 19 pasiyent müalicəsini davam etdirir. İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 330-u təşkil edir. Buradan 120 pasiyent müalicə olunaraq sağalıb və dördü vəfat edib.