İşğal olunmuş Abxaziyada 98 yeni koronavirus halı qeydə alındı , bir pasiyent dünyasını dəyişdi
İşğal olunmuş Abxaziya Səhiyyə Nazirliyindən verilən məlumata görə, son bir gündə 421 nəfər koronavirus test olunub , onlardan 98 pasiyentdə “Kovid-19” təsdiqlənib.
236 təsdiqlənmiş xəstənin işğal altındakı Abxaziyadakı beş kovid mehmanxanasında müalicəsi davam edir, bunlardan 39-u ağır vəziyyətdədir.
63 yaşlı kovid pasiyent Gudauta Rayon Xəstəxanasında dünyasını dəyişdi. İşğal olunmuş Abxaziyada koronavirusdan ümumilikdə 101 nəfər dünyasını dəyişdi. 5655 şəxs isə sağaldı.
Pandemiya dövründə işğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 7602 nəfərdir.