İşğal qüvvələri tərəfindən həbs olulan səkkiz Gürcüstan vətəndaşı azad edildi
İşğal qüvvələri tərəfindən həbs olulan səkkiz Gürcüstan vətəndaşı azad edildi

İşğal qüvvələri tərəfindən həbs olulan səkkiz Gürcüstan vətəndaşını azad etdilər.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalının jurnalisti Erqnetidən, azad edilən şəxslərin yanından verir.

“Həbs edilən səkkiz nəfər artıq azad olunub və Gürcü tərəfinin nəzarət etdiyi ərazidədir” – deyib Daxili İşlər Nazirinin patrul polis departamentinin rəhbəri Vaja Siradze.

Gürcüstanın yeddi vətəndaşını rus hərbçiləri avqustun 17-də həbs etmişdilər. Onlar Axalubani kəndinin sakinləridirlər.

Mövcud olan məlumata görə, vətəndaşlar müqəddəs Giorgi adına kilsəyə getmişdilər, hansı ki, işğal xəttinin lap yanında yerləşir.

Bununla yanaşı, rus əsgərləri işğal xəttinin yanında yerləşən Artsevi kəndinin yaxınlığındaki ərazidən, Didi Mecvrisxevi kəndinin sakini olan yenə bir Gürcüstan vətəndaşını həbs etmişdilər.