İşğal qurbanlarına hörmət əlaməti olaraq, Parlament sarayı üzərində dövlət bayrağı endirildi

10:30, 25.02.2023

Gürcüstanın ilk Respublikasının aneksiyasından 102 il keçdi.

İşğal qurbanlarına hörmət əlaməti olaraq, Parlament sarayı üzərində dövlət bayrağı endirildi.

25 fevral Sovet işğalı günü olaraq Gürcüstan Parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə elan edildi.

1921-ci il fevralın 25-də Rusiya Qırmızı Ordusu Tbilisini ələ keçirdi və azad və ümumi seçkilər yolu ilə seçilmiş hökuməti devirdi, nəticədə beynəlxalq hüququn subyektinin – Gürcüstan Demokratik Respublikasının aneksiyasını həyata keçirdi.

Oxşar