İşğal altındakı Sxinvalinin qondarma məhkəməsi Gürcüstan vətəndaşı Tamar Mearağişvilini iki ay həbs cəzasına məhkum edib
İşğal altındakı Sxinvalinin qondarma məhkəməsi Gürcüstan vətəndaşı Tamar Mearağişvilini iki ay həbs cəzasına məhkum edib. Bu barədə Mearağişvilinin vəkili Alan Bazaev bildirib.
Bazaevin qeyd etdiyi kimi, onlar qondarma məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.
Medianın məlumatına əsasən, Mearağişvili ittihamı təkzib edir və tutulduqdan sonra dünən başlayan aclıq aksiyasını davam etdirir.
Qondarma məhkəmə qapalı qapılar arxasında keçirilib. Mearağişvilinin ailə üzvlərinin məhkəmədə iştirakına icazə verilməyib.
Məlumat üçün bildirək ki, işğal altındakı Sxinvalində Gürcüstan vətəndaşı Tamar Mearağişvilini “casusluq ittihamı” ilə saxlayıblar.