İşğal altındakı Qali Rayonunun Saberio kəndində yanğın nəticəsində xəsarət alan qadın Ruxi Klinikasından Kutaisinin Referal Klinikasına köçürülüb
İşğal altındakı Qali Rayonunun Saberio kəndində yanğın nəticəsində xəsarət alan qadın Ruxi Klinikasından Kutaisinin Referal Klinikasına köçürülüb

 

Rusiya tərəfindən işğal edilmiş Qali Rayonunun Saberio kəndində yanğın nəticəsində xəsarət alan qadın Ruxi Klinikasından Kutaisinin Referal Klinikasına köçürülüb.

Həkim bildirib ki, pasiyentin üçüncü dərəcəli yanıqları var. Həkimin dediyi kimi, yaralının vəziyyəti orta ağırdır, lakin stabildir.

Xatırladaq ki, işğal edilmiş Qali Rayonunun Saberio kəndində 5 uşaq yanğında həyatını itirib. Hadisə dünən baş verib. Mövcud məlumata əsasən, uşaqların nənəsi sobanı yandırarkən benzini neftlə qarışıq salıb, nəticədə də evə od düşüb.