İşğal altındakı Abxaziyaya Rusiya tərəfindən noyabrdan elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq
İşğal altındakı Abxaziyaya Rusiya tərəfindən noyabrdan elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq

 
İşğal altındakı Abxaziyaya Rusiya tərəfindən noyabrdan elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq. Bu haqda məlumatı rus mediası yayır.

Medianın məlumatına əsasən, “Chernomorenergo”nun baş direktoru Temur Cincolia enerji çatışmazlığına görə hər gün dörd saat elektrik enerjisinin kəsiləcəyini bildirib. O, Abxaziyanın işğalçı rejiminin Rusiyadan elektrik enerjisini kommersiya qiymətinə alacağını deyib.

“Hazırda Abxaziyada elektrik enerjisinin çatışmazlığı 260 milyon kilovatsaat təşkil edir. Bununla bağlı Rusiyadan noyabrın 1-dən 180 milyon kilovatsaat (noyabrda 60 milyon kilovatsaat və dekabrda 120 milyon kilovatsaat) elektrik enerjisinin tədarükünə başlanması haqda “İnter Rao” ilə razılıq əldə olunub. Həmçinin, çatışmazlığı qarşılamaq üçün noyabrdan respublikanın bütün ərazisində elektrik enerjisinin 4 saatlıq kəsilməsi rejimi tətbiq olunacaq” – Cincolia bildirib.

“Chernomorenergo”nun baş direktoru deyib ki, sonrakı vəziyyət Enquri SES-nın bəndində suyun səviyyəsindən, daxil olan su axınından və stansiyanın imkanından asılı olacaq. Rus mediasının məlumatına əsasən, Enquri SES-nın bəndində suyun səviyyəsi hazırda dəniz səviyyəsindən 427 m yüksəklikdədir. Suyun səviyyəsi 420 metrdən aşağı olarsa, stansiya işləyə bilməyəcək.