İşğal altındakı Abxaziyanın qondarma xarici işlər naziri Suriyada "işgüzar səfərdə"dir
İşğal altındakı Abxaziyanın qondarma xarici işlər naziri Oleq Bartsits Suriyada “işgüzar səfərdə”dir.
Bu barədə məlumatı qondarma Xarici İşlər Nazirliyi yayır, məlumata əsasən Oleq Bartsitsi Suriyada qondarma xarici işlər naziri vəzifəsinin səlahiyyətlərinin icraçısı İrakli Tujba müşayiət edir.
Məlumatda qeyd edildiyi kimi, “Abxaziyanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Muhamed Ali və Suriya Xarici İşlər Nazirliyinin protokol və Avropa Departamentlərinin nümayəndələri” Oleq Bartsitsi sərhəddə qarşılayıblar.
İşğal altındakı Abxaziyanın qondarma Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Oleq Bartsits Suriyanın xarici işlər naziri ilə görüş keçirəcək.