İşğal altındakı Abxaziyada qondarma parlament yaxınlığında atışma nəticəsində dırnaqarası deputatlardan biri həlak olub
İşğal altındakı Abxaziyada qondarma parlament binası yaxınlığında atışma nəticəsində yaralanmış şəxslərdən biri dünyasını dəyişib.
Bu haqda yerli media dırnaqarası Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.
Dünyasını dəyişmiş şəxs işğal altındakı Abxaziyanın dırnaqarası parlamentinin üzvü Vaxtanq Qolandziadır.
Bundan əvvəl Abxaziya mediasında məlumatlar yayıldı ki, qondarma parlament yaxınlığında atışma nəticəsində iki dırnaqarası deputat – Kan Kvarçia və Vaxtanq Qolandzia xəsarət alıb. Onları reanimasiya şöbəsinə yerləşdiriblər.
İşğal altındakı Abxaziyada qondarma parlament yaxınlığında atışma təxminən bir saat əvvəl baş verib.