İşğal altındakı Abxaziya və Cənubi Osetiyanın sakinləri rus pasportlarını daimi yaşayış yerində ala biləcəklər
İşğal altındakı Abxaziya və Cənubi Osetiyanın sakinləri rus pasportlarını daimi yaşayış yerində ala biləcəklər

 

İşğal altındakı Abxaziya və Cənubi Osetiyanın sakinləri rus pasportlarını daimi yaşayış yerində ala biləcəklər. Bu haqda məlumatı rus mediası yayır.

Medianın məlumatına əsasən, Rusiya hökuməti Abxaziya və Cənubi Osetiyada daimi yaşayan ikili vətəndaşlığı olan şəxslər üçün rus pasportlarının verilməsi prosesini sadələşdirib. Abxaziya və Cənubi Osetiya bölgələrinin sakinləri rus pasportunu ilk dəfə almaq və ya yeniləmək üçün artıq Rusiyaya getməyə ehtiyac duymayacaqlar.

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının müvəqqəti qrupları rus pasportlarının verilməsi və ya yenilənməsi ilə bağlı bütün məsələləri həll etmək üçün Gürcüstanın işğal altındakı bölgələrində yerləşdiriləcəklər.