İşğal altında olan Krımda baş vermiş aviaqəza nəticəsində 23 sərnişin və ekipajın 6 üzvü həlak olub
İşğal altında olan Krımda baş vermiş aviaqəza nəticəsində təyyarədə olan 23 sərnişin və ekipajın 6 üzvü həlak olub. Məlumatı Rusiya mediası yayıb.
Rusiya Müdafiə Nazirliyi-nin bildirdiyinə görə, An-26 tipli hərbi-nəqliyyat təyyarəsi ilə əlaqə 31 mart tarixində, Moskva vaxtı ilə təxminən saat 18:00-da itib.
Nazirliyin məlumatına əsasən, aviaqəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur.
Hadisə yerində Rusiya Müdafiə Nazirliyinin komissiyası fəaliyyət göstərir.