İsani rayon qamqebelisi bəyan edir ki, Vazisubanidə partlayış nəticəsində beş nəfər xəsarət aldı, onlardan birinin vəziyyəti ağırdır
İsani rayon qamqebelisi bəyan edir ki, Vazisubanidə partlayış nəticəsində beş nəfər xəsarət aldı, onlardan birinin vəziyyəti ağırdır

İsani rayon qamqebelisi, Nika Elisaşvili bəyan edir ki, Vazisubanidə partlayış nəticəsində beş nəfər xəsarət aldı, onlardan birinin vəziyyəti ağırdır.

Elə onun açıqlamasına görə, xəsarət alanlar klinikalara yerləşdiriliblər.

Nika Elisaşvilinin məlumatına görə, bu mərhələdə yanğın likvidasiya edilib.

“İlkin məlumatla qazın sızması baş verdi və nəticədə partlayış oldu. Beş nəfər xəsarət alıb, onların  hamısı müvafiq klinikalara yerləşdirilib. Bütün xidmətlər yerində səfərbər olunub, bu mərhələdə yanğın likvidasiya edilib. Yanğının və partlayışın nədən baş verdiyinin müəyyənləşdirilməsi istiqamətində müxtəlif işlər aparılır.

Bizim məlumatımızla, yanıqlar alan insanın vəziyyəti ağırdır. Geridə qalan dörd nəfər intoksikasiya ilə klinikaya yerləşdirilib bə onların həyatı təhlükədə deyil”, – Nika Elisaşvili etdi.