İsani majoritar deputatı Kaxaber Labuçidzenin bəyan etdiyinə görə, lazım olduğu təqdirdə, partlayışın baş verdiyi korpusun sakinlərini mehmanxanaya yerləşdirəcəklər
Sakrebuloda İsani majoritar deputatı Kaxaber Labuçidzenin bəyan etdiyinə görə, bu vaxt üçün mövcud olan məlumatla, partlayışın baş verdiyi mənzildə təbii qaz toplanmışdı.
Elə onun dediyinə görə, yanğın nəticəsində bir nəfər yanıqlar, bir neçə nəfər isə, müxtəlif xəsarət aldı.
“Bu mərhələdə şübhəmiz nəyə varsa, hansına da faktiki olaraq bütün əlamətlər işarə edir, odur ki, bu binada qaz toplanmışdı və nəyinsə nəticəsində bu toplanan qazın partlaması baş verdi. Yanğın əmələ gəldi. Yanğın nəticəsində bir nəfər yanıqlar, bir neçə nəfər isə, müxtəlif xəsarət aldı”, – Kaxaber Labuçidze bəyan etdi.
Bununla yanaşı, Kaxaber Labuçidzenin bəyan etdiyinə görə, lazım olduğu təqdirdə, korpusun sakinlərini mehmanxanaya yerləşdirəcəklər.
“Xidmətlərin hamısı maksimal olaraq səfərbər olunub. İndi binanın davamlılığı ilə bağlı Tbilisi Laboratoriyası gələcək. Bu barədə də səhərə qədər məlumatımız olacaq. Əgər icazə versələr, evlərinə girəcəklər, yoxsa da, lazım olduğu təqdirdə onların hamısı mehmanxanaya yerləşdirəcəklər”, – Kaxaber Labuçidze qeyd etdi.
Xatırladaq ki, Vazisubani qəsəbəsində, 15-ci korpusun birinci mərtəbəsində partlayış və sonra da yanğın baş verdi.