İrlandiyanın baş naziri bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranın “daş dövrünə qayıtması” barədə bəyanatı qəbuledilməzdir
İrlandiyanın baş naziri Maykl Martin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranın “daş dövrünə qayıtması” barədə bəyanatı qəbuledilməzdir. Martin qeyd edib ki, İran vətəndaşları müharibədə iştirak etmirlər və onlar qorunmalıdır.
“Bu qəbuledilməzdir. Müharibədə iştirak edən hər kəs üçün prioritet günahsız dinc əhalinin qorunması olmalıdır. Biz bəzən Prezident Trampın dediklərini və gerçəkdə nə etdiyini nəzərə alaraq onun sözlərini şərh etməyə çalışa bilərik”, – deyə İrlandiyanın baş naziri bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranı məhv etməyə davam edəcəyini və ölkəni “daş dövrünə qaytaracağını” bəyan etmişdi.