İrlandiyada konstitusiyadan ailə dəyərləri ilə bağlı maddənin çıxarılmasını referendumda dəstəkləməyiblər
İrlandiyada vətəndaşlar konstitusiyada ailə dəyərləri ilə bağlı edilən dəyişiklikləri dəstəkləməyiblər. Bu barədə “Euronews” məlumat yayır.
Referendumun birinci bəndində ailənin konstitusiya tərifinin genişləndirilməsinə toxunulub, bu bəndə əsasən ailə bundan sonra nikah bağına əsaslanan anlayış olmayacaq, eynicinsli cütlüklər də daxil olmaqla, möhkəm münasibətlərə əsaslanan əlaqələr kimi qəbul ediləcək.
İkinci bənd qadının rolunun dəyişdirilməsi ilə bağlı olub, bu bəndə əsasən qadının ailədəki statusu gender baxımından neytral olacakdı və hər bir ailə üzvü bir-birinin qayğısına qalacaqdı.
İrlandiyanın Baş naziri Leo Varadkar referendumun nəticələrinə münasibət bildirib.
“Bizim məsuliyyətimiz əksəriyyəti bu dəyişikliyə səs verməyə inandırmaq idi, lakin təəssüf ki, bunu edə bilmədik” – deyə Varadkar bildirib.