İrlandiya, İspaniya, Sloveniya və Niderlanddan sonra 2026-cı ilin "Eurovision" müsabiqəsini İsrailin iştirakına görə İslandiya da boykot edir
İrlandiya, İspaniya, Sloveniya və Niderlanddan sonra 2026-cı ilin "Eurovision" müsabiqəsini İsrailin iştirakına görə İslandiya da boykot edir

 

İslandiya “Eurovision” müsabiqəsini boykot edən beşinci ölkə olub.

İslandiyanın İctimai Yayımçısı “RÚV”nin məlumatına əsasən, ölkə qeyd olunan qərarı ötən həftə Avropa Yayım Birliyinin (EBU) İsrailə müsabiqədə iştirak etmək hüququ verdiyi məlum olduqdan sonra qəbul edib.

“İsrail milli yayımçısının müsabiqədə iştirakı EBU üzvləri, eləcə də geniş ictimaiyyət arasında narazılığa səbəb olub” – “RÚV”nin bəyanatında deyilir.

Bu vaxta olan məlumata əsasən, İspaniya, İrlandiya, Sloveniya, Niderland və İslandiya “Eurovision 2026″da iştirak etməyəcək.

Eyni zamanda, bir neçə Avropa ölkəsi “Eurovision” müsabiqəsində iştirakını təsdiqləyib. Bu ölkələrdir: Almaniya, Finlandiya, Norveç, Danimarka və Gürcüstan.

Dekabrın 4-də Cenevrədə Baş Assambleyada keçirilən görüşdə Avropa Yayım Birliyinin üzvləri tədbirin etibarını, şəffaflığını və neytrallığını gücləndirməyi hədəfləyən “Eurovision” müsabiqəsinin qaydalarına dəyişiklikləri dəstəkləyiblər.