İrina Vereşuk Mariupolun “Azovstal” zavodundan təcili humanitar dəhlizin təşkilini tələb edir
Ukrayna baş nazir müavini, İrina Vereşuk Mariupolun “Azovstal” zavodundan təcili humanitar dəhlizin təşkilini tələb edir.
Bu barədə Vereşuk telegram kanalında yazdı.
Vereşukun göstəricilərilə görə, müəssisənin ərazisində minə yaxın mülki şəxs və 500-ə yaxın yaralı Ukraynalı hərbçi var.
Xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti, Vladimir Putin “Azovstal” sənaye zonasına hücumun ləğvi barəsində sərəncam verdi, lakin Müdafiə naziri, Sergey Şoyquya ərazini tamamilə bloklamağı tapşırdı.