İrina Vereşçuk - təxliyyə marşrutlarının həyata keçirilməsi üçün səhərdən işğalçılarla atəşkəs barəsində razılaşa bilmədik, təəssüflər ki, bu gün humanitar dəhlizini açmırıq
Bu gün təxliyyəni təmin etmək üçün Ukrayna hakimiyyəti ilə Rusiya hərbçiləri arasında atəşkəs razılaşdırıla bilmədi və eyni zamanda rəsmi Kiyev Mariupoldan dinc əhalinin və yaralı əsgərlərin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılmasını tələb edir.
Bu barədə Ukrayna baş naziri müavini, İrina Vereşçuk “telegram”-da yazdı.
“Təxliyyə marşrutlarının həyata keçirilməsi üçün bu gün, 17 apreldən, səhərdən işğalçılarla atəşkəs barəsində razılaşa bilmədik. Buna görə, təəssüflər olsun, bu gün humanitar dəhlizini açmırıq. Biz humanitar dəhlizlərin tezliklə bərpası və aktivləşdirilməsi üçün çalışırıq. Mariupol məsələsinə gəldikdə, biz bir daha bu şəhərdən mülki əhalinin, xüsusilə də qadınların və uşaqların təxliyəsi üçün humanitar dəhlizin açılmasını tələb edirik”, – Vereşçuk bəyan etdi.
Elə onun sözlərinə görə, müvafiq beynəlxalq strukturlar vasitəsilə rəsmi Kiyev, Rusiya qüvvələrinin Mariupoldan yaralı əsgərlərin çıxarılması üçün xüsusi dəhliz açmasını tələb edir.