İrina Vereşçuk Gürcüstan, Polşa və Baltikyanı ölkələrini Krım tatarlarına səfərbərlikdən yayınmağa və üçüncü ölkələrə miqrasiyasıyaya imkanlar yaratmağa yardım etməyə çağırır

10:32, 30.09.2022

Ukrayna baş nazir müavini, İrina Vereşçuk Gürcüstan, Polşa və Baltikyanı ölkələrini Krım tatarlarına səfərbərlikdən yayınmağa və üçüncü ölkələrə miqrasiyasıyaya imkanlar yaratmağa yardım etməyə çağırır. Ukrayna mediasının məlumatına görə, qeyd olunan barəsində İrina Vereşçuk sosial şəbəkədə yazdı.

Onun dediyinə görə, Krımda işğalçı hakimiyyət qeyri-qanuni səfərbərliyə başlayıb və Krım tatarlarının və Krımın digər yerli əhalisinin işğalçılar tərəfində müharibədə iştirak etmək üçün kütləvi səfərbərliyi davam edir.

Vereşçuk qeyd edir ki, Krım tatarları Ukraynanın dost ölkələrinə getməyə çalışırlar, lakin elə onun sözlərinə görə, Reinteqrasiya Nazirliyinə məlumat daxil oldu ki, Polşa, Latviya, Estoniya, Litva və Gürcüstan sərhədçiləri bəzən Krımın yerli xalqlarının nümayəndələrinə sərhədi keçməyə icazə vermirlər.

“Biz Polşa, Latviya, Estoniya, Litva və Gürcüstan hökumətlərinə müraciət edirik ki, bu problemə diqqət yetirsinlər. Biz dost ölkələrimizdən xahiş edirik ki, Krımın yerli xalqlarının nümayəndələrinin Ukrayna Krımı və Rusiya Federasiyası ərazisindən üçüncü ölkələrə miqrasiyasına imkanlar yaratsınlar. İndi Krımın yerli xalqlarının beynəlxalq ictimaiyyətdən dəstəyi həmişəkindən daha vacibdir!”, – Vereşçuk bəyan etdi.

Oxşar